Zabit Səmədov dünya çempionu oldu – VİDEO


admin
Bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirinə start verilib.

Turnir çərçivəsində “Axmed” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqədən bir qədər artıq çəkib.

Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olub.

Döyüş Rusiyanın “Matç TV” və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanıb.
Tag:

view 70177
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Azərbaycan - İdman - Motivasiya

Şərhlər



Guest7174 - 1 il öncə
Zor oldu ela

Guest6289 - 1 il öncə
zabiti niye milliye goturmurler?

Guest9941 - 1 il öncə
O Zabiti hədələmişdi bu ona dərs oldu.Amma gətək Zabit onu sinifdə saxlayaydı ki,dərsini tam mənimsəsin

Guest9941 - 1 il öncə
O Zabiti hədələmişdi bu ona dərs oldu.Amma gətək Zabit onu sinifdə saxlayaydı ki,dərsini tam mənimsəsin

Guest6 - 1 il öncə
Adamın nefesini kesmiş, bravo