Rioda bayrağımızı tapa bilməyən idmançımız pərt oldu - VİDEO


admin
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.

53 kq. çəki dərəcəsində çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası 2:1 hesabı ilə yenib və bürünc medala sahib olub.

Sinişin döyüşdən sonra sevincini yalnız məşqçisiylə paylaşa bilib. Belə ki. o Azərbaycan bayrağını ələ etmək üçün zalda azarkeş axtarsa da, həm azarkeşlərimiz, həm də bayrağımız yoxa çıxıb. Zal boyu bayraq axtarışına çıxan idmançımız sonda pərt olub və sevincini bayraqsız qeyd edib.

Qeyd edək ki, Sinişinin sayəsində Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb
Tag:

view 5111
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : 2 yaşından 32 yaşına qədər Cristiano Ronaldo

Şərhlər



İlk şərh edən sen ol