Rəsul Mirzəyevə sui-qəsdin səbəbi açıqlandı – VİDEO


admin
Life nəşri hesab edir ki, döyüş sambosu üzrə dünya çempionu Rəsul Mirzəyevə sui-qəsdə onun Moskva klublarının birində Rusiya əsilli irlandiyalı döyüşçü Artyom Lobovu müdafiə etməsi səbəb ola bilər.

Mirzəyev Moskvanın Şərq küçəsində hücuma məruz qalıb. Üç naməlum şəxs idmançını döyüb və travmatik tapançadan onu yaralayıb, sonra isə hadisə yerini tərk ediblər. Hazırda iş üzrə araşdırma aparılır.

Mirzəyevin dostları hesab edirlər ki, idmançıdan bir qrup dağıstanlı gecə klubunda baş verən münaqişəyə görə qisas alıblar.

“Klubda Mirzəyev və Lobova Dağıstan əsilli naməlum şəxslər yaxınlaşıblar. Söhbət zamanı onlar Lobovla irlandiyalı Konor Makqreqor və dağıstanlı Həbib Nurmaqomedov arasında mümkün döyüşə dair mübahisə ediblər. Dağıstanlıların fikrincə, Konor sadəcə Həbiblə rinqə çıxmağa qorxub. Makqreqorla birgə məşq edən Lobov isə bununla razılaşmayıb. Gənclərin Artyomun cavabı xoşlarına gəlməyib, və onlar idmançını təhqir etməyə başlayıblar. Mübahisəyə Mirzəyev müdaxilə edəndən sonra isə dava düşüb. Klubun mühafizəçiləri tərəfləri ayırıblar. Hesab edirəm ki, onlar sonradan Rəsulu evinin yaxınlığında gözləyib ondan intiqam alıblar”, - Mirzəyevin dostu Life nəşrinə deyib.

Qeyd edək ki, 2011-ci ildə Mirzəyevin idman karyerası idmançının azadlıqdan məhrum edilməsi ilə nəticələnən hadisə ilə bağlı bitib. O, ehtiyatsızlıqdan qətl törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirzəyev Moskva klubunun yaxınlığında münaqişə nəticəsində tələbə İvan Aqafonova zərbə yetirib, və o, bir neçə gün sonra dünyasını dəyişib.

Nəşr iddia edir ki, 31 dekabr baş verənlər keçmiş insidentlə bağlı deyil.
Tag:

view 2344
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Ştanqa ilə məşq: dəmiri sonadək sıxın

Şərhlər



İlk şərh edən sen ol