İdmançımız Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-ta Buakaw Banchamek'a qarşı qanlı döyüşdə qələbəsi sensasiya yaradıb.


admin
Honq Konqda muay-tay üzrə “Top King World Series” adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub.

RAUNDAZ.COM xəbər verir ki, ilk yarımfinalda azərbaycanlı döyüşçü “Best of the Best” promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib.

İlk raund zamanı X.Caniyevin güclü zərbəsinin qarşısını ala bilməyən B.Bançamek başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib.

Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyiblər. “Best of the Best” promoşnun üzvünün qələbəsi dünyada böyük sensasiya kimi qəbul edilib.
Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.

Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın “Best of The Best” promoşn qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promoşnun prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançı məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak edib və inamlı qələbə qazanıb.
Tag:

view 71425
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : İnternetdə izlenme rekordları qıran voleybolçu Winifer Fernandez

Şərhlər



Guest5908 - 4 ay öncə
mahninin adini xais

Guest3797 - 4 ay öncə
Birincisi bu doyüs kecan ilin avqust ayinda kecirib ; ikincisi milliuati azeri olan ozu rusiya venetdasidir ; ucuncusu doyuw 1 ci yox sona kimi 3 cu raunda kimi davam edib ; dorduncuda odurki bu qadar yalanci xabar yazmaqla cox saviyyasiz portalsiz !

Guest8197 - 4 ay öncə
bizim yox,Rusiyanın idmançısıdır. Xaricidə bir azəri qabaga cıxan kimi osaat bizimki olur))

Guest8516 - 4 ay öncə
Hala olsun xeyal qardasimiza