Turnikdə məşqlər

Turnikdə məşqlər


admin
İstənilən trenajor zalında, həyətdə, hətta evdə məşğul olmaq olar. Maddi baxımdan sərfəli və effektli olan məşq barəsində daha çox bilik əldə edin.

Effektivliyinə görə bəlkə bir zalı sizə əvəz edə biləcək turniki evdə də quraşdırmaq olar. Turnikdə qollara, çiyinə, kürəyə, presə və s. işləmək olar. Üstəlik burada öz çəkiniz ilə məşq edəcəyinizə görə, zədə almaq fürsətiniz də az olacaqdır.

Turnikdə ən tanınmış məşqlər bizlərə uşaqlıqdan bəllidir. Onlar turnikdə olan məşqlərin əsasını təşkil edirlər və onların orqanizmə təsiri genişdir. Misal üçün, sadəcə əllər arası məsafələrini və ya tutuş üsulunu dəyişərək, müəyyən əzələləri işlədə bilərsiniz.

Əllər arası məsafəyə görə tutuş üç cür olur: dar, orta və enli. Dar tutuş zamanı əllər maksimal olaraq bir-birinə yaxın olur. Bu zaman bitseps və çiyinaltı əzələlər işləyir. Çiyin səviyyəsinə yaxın məsafədə tutuşa orta deyilir. Bu zaman yük kürək və qollara düşür. Maksimal enli tutuş zamanı isə yük enli kürək əzələlərinə düşür.

Həmçinin düz və tərs tutuş fərqləndirilir. Tərs tutuş adətən bitseps məşqləri zamanı istifadə olunur.



Kürək üçün turnikdə məşq

Ən yaxşısı burada enli və düz tutuşdur. Bu məşq zamanı kürək əzələsinin kütləsi artır və kürəyiniz genişlənir. Əgər kimsə sizin ayaqlarınızı 45 dərəcə şəklində saxlasa, məşq zamanı “qanad” əzələləri də işə düşmüş olacaqlar.



Pres üçün turnikdə məşq

Pres əzələlərinin işləməsi üçün ayaqların düz və yığılmış formada qaldırılması nəzərdə tutulur.

Ən yayılmış məşq turnikdən tutaraq ayaqların düz, yerə paralel olana qədər qaldırılmasıdır. Lakin dizlərinizi qatlaya bilərsiz, müxtəlif fırlanmalar həyata keçirə bilərsiniz. Çalışın hər məşqdə daha çətin variantlardan istifadə edəsiniz.



Qollar üçün turnikdə məşq

Bütün dartınmalar qollara təsir edir. Lakin əgər ayrıca bir qrup əzələləri işlətmək istəyirsiniz isə, müxtəlif məşqlər mövcuddur.

Bitsepsləri işlətmək üçün dar və tərs tutuş ilə dartınmaq lazımdır. Çalışın dartınan zamanı sinəniz ilə turnikə toxunasınız.



Məşqə həmçinin brusları da daxil etmək olar. Burada məşq sizin sinə və triseps əzələlərinizi məşq elətdirəcək. Brusların enliyi çiyindən biraz enli olmalıdır.

Beləliklə, siz turnikdə və bruslarda bütün bədəninizin yuxarı hissəsini məşq elətdirmiş olacaqsınız. Əsas olan məşqləri tələsmədən, düzgün nəfəs ilə yerinə yetirməkdir. Bütün məşqləri keyfiyyətli yerinə yetirin.



view 10334
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Bisepsi Necə Böyütmək Olar?

Şərhlər



Guest4058 - 7 ay öncə
ela ... cox sag olun!

Guest9417 - 11 ay öncə
Şine