Rio-2016: Çunayev yarımfinalda erməniyə uduzdu – FOTO + YENİLƏNİB

Rio-2016: Çunayev yarımfinalda erməniyə uduzdu – FOTO + YENİLƏNİB


admin
19:14

Kucedoyusleri.com Rio de Janeyrodakı "Carioca Arena 2"də keçirilən 1/2 final qarşılaşmasında 25 yaşlı Rəsul Çunayevin rəqibi Ermənistan təmsilçisi, 27 yaşlı Miqran Harutyunyan idi. Çox gərgin keçən mübarizədə R.Çunayev erməni güləşçiyə 1:4 hesabla məğlub olub. Rəsul Çunayev bürünc medal uğrunda mübarizə aparacaq

18:42

Milli.Az bildirir ki, 1/2 finalda Rəsul Çunayevin rəqibi Ermənistan təmsilçisi Miqran Harutyunyandır. M.Harutyunyan 1/4 finalda Cənubi Koreyadan olan güləşçi Ryu Hansunu məğlub edib.



18:33

Milli.Az bildirir ki, Rəsul Çunayev 1/4 final mərhələsində Bena İssa Tarik Azizi (Əlcəzair) 10:2 hesabı ilə məğlub edərək yarımfinala çıxdı.

---------

17:51

Milli.Az bildirir ki, Rəsul Çunayev 1/8 final mərhələsində İslambek Albiyevlə (Rusiya) qarşılaşıb. Ona 3-2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Çunayevin 1/4 mərhələdə rəqibi Bena İssa Tarik Aziz (Əlcəzair) olacaq.

----------

17:09

Milli.Az bildirir ki, Rio-2016-da mübarizəyə başlayan Rəsul Çunayev (66 kq) ilk döyüşünü qələbə ilə bitirib.

1/16 final mərhələsində Migel Palasio Martineslə (Kuba) görüşən Rəsul Çunayev ona qalib gələrək (4:2) 1/8 final mərhələsinə adlayıb.

Onun 1/8-dəki rəqibi İslambek Albiyev (Rusiya) olacaq. Görüş 17:32-də başlanacaq.



view 10093
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : İnternetdə izlenme rekordları qıran voleybolçu Winifer Fernandez

Şərhlər



İlk şərh edən sen ol