Rio-2016: Azərbaycan 11-ci medalını qazandı

Rio-2016: Azərbaycan 11-ci medalını qazandı


admin
Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

53 kq çəki dərəcəsində çıxış edən Sinişin bürünc medal uğrunda görüşdə venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası məğlub edib - 2:1.


Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazanıb. 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.



view 1588
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Peşakar MMA döyüşçüsünə küçə döyüşündə meydan oxudu!

Şərhlər



İlk şərh edən sen ol