Rəsul Mirzəyev ona hücum çəkən şəxslərdən birini tanıyıb

Rəsul Mirzəyev ona hücum çəkən şəxslərdən birini tanıyıb


admin
Moskvada silhalı hücuma məruz qalan döyüş sambosu üzrə dünya çempionu Rəsul Mirzəyev fotolardan ona hücum edən şəxslərdən birini tanıyıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, yanvarın 5-də, REN TV telekanalı məlumat yayıb.

Telekanalın mənbəsinin məlumatına əsasən, cinayətdə A.Kamil şübhəli bilinir.

“Mirzəyev onu döyən şəxslərlə tanış idi və hadisəyə tərəflər arasında qız üstündə yaranan münaqişə səbəb ola bilər”, - REN TV-nin sözçüsü əlavə edib.

Xatırladaq ki, Mirzəyev Moskvanın Şərq küçəsində hücuma məruz qalıb. Üç naməlum şəxs idmançını döyüb və travmatik tapançadan onu yaralayıb, sonra isə hadisə yerini tərk ediblər. Hazırda iş üzrə araşdırma aparılır.

Qeyd edək ki, 2011-ci ildə R.Mirzəyevin idman karyerası idmançının azadlıqdan məhrum edilməsi ilə nəticələnən hadisə ilə bağlı bitib. O, ehtiyatsızlıqdan qətl törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirzəyev Moskva klubunun yaxınlığında münaqişə nəticəsində tələbə İvan Aqafonova zərbə yetirib, və o, bir neçə gün sonra dünyasını dəyişib.



view 1266
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Məşhur döyüşçü Dünya çempionu Rəsul Mirzəyevi zəncirlə boğmaq istəyiblər – FOTO

Şərhlər



İlk şərh edən sen ol