Məşqlərdən orqanizmin istismarı

Məşqlərdən orqanizmin istismarı


admin
Məşqlər barəsində internetdə müxtəlif və saysız sayda yazılar var. Bəziləri müsbət olsa da, məşqlərin mənfi tərəfləri də yazılır.

Məşqlərə gedən bütün kişilər iki yerə bölünür: idman qidaları qəbul edən, idman qidaları qəbul etməyən. Bundan irəli gələrək, bərpa olma müddətləri də fərqlənir.

İdman qidalarını qəbul edən idmançıların orqanizmlərinin istismarı. Məqamlar.

Farmokoloqiya (idman qida və əlavələri) ağır məşqlərdən sonra keyfiyyətli və tam bərpa olunmaq üçün istifadə olunan köməkçi elementlərdir. Bununla sinir sistemi xaricdən daha az dağıdıcı güvvəyə məruz qalır. Bəs bu orqanizmin istismarına təsir edirmi? Buna təsiri var! Beləki, bu qidalar bərpanı sürətləndirir və deməli, hüceyrələrin yenilənməsi sürətlənir. Bizim orqanizmimiz həyatımız boyunca hüceyrələri yeniləyir və nəticədə genetik yorğunluq yaranır. Prosesin sürətlənməsi isə orqanizmdə qocalmanın sürətlənməsinə gətirib çıxardır. Bu nəinki daxili orqanlara, həmçinin xarici görünüşə də öz təsirini göstərir. Yəgin sizlər fikir vermisiniz ki, bir çox professional idmançı 30 yaşında 40 yaşındakı insana bənzəyə bilir. Lakin bunu bilmək lazımdır ki, orqanizm idmandan deyil, bərpa olunmanı sürətləndirən vasitələrdən qocalır.



İdman qidalarını qəbul etməyən idmançıların orqanizmlərinin istismarı. Məqamlar.

Farmoqoloqiyadan (idman qida və əlavələri) istifadə etməyən idmançılarda da orqanizm istismarı var, lakin bu digər səviyyədə özünü göstərir. Bu səviyyə isə məhz ağır və tezliyi yüksək olan məşqlərdir. Məşqlərdən sonra bərpa daha az sürətli olur. Ən pis hal isə növbəti məşq gününə tam bərpa olmamaq riskidir. Həmçinin sinir yorğunluğu yığıla bilər ki, bu ümumi yorğunluğa, əhval-ruhiyyənin aşağı olmasına və sair bu kimi hallara gətirib çıxarda bilər. Ən qorxulusu isə sümük-bağlayıcı problemləri ola bilər ki, əlavə bərpa edicilərdən istifadə edilmədiyi zaman oynaqlar az elastikli olur və zədələrə gətirib çıxarda bilir. Ümumiyyətlə farmokoloqiyasız ağır çəkilərə girmək olduqca təhlükəlidir və bir çox hallarda zədələrə gətirib çıxarda bilir.



armokoloqiyadan istifadə edənlərdən fərqli olaraq, naturallar nəticə əldə etmək üçün ağır çəkilərə üz tutmalı və bunu olduqca diqqətli və texnikalı yerinə yetirməlidirlər.

Yaxşı olar ki, hər iki qrup müəyyən bir müddətdən sonra orqanizmlərinə 1-2 həftə istirahət versinlər ki, orqanizmdə tam bərpa prosesi yekunlaşsın.

Orqanizmimizin istismarı hər gün baş verir və bunun səbəbləri həyat tərzimiz, stress, iş və sair ola bilər. Düzdü idman qan dövranını yaxşılaşdırır və bədəninizi daim tonusda saxlayır. Lakin fiziki imkanlarınızdan artıq nailiyyətlər əldə etmək istəyirsiniz isə yuxarıda oxuduqlarınızı nəzərə almalısınız.

Məşq edin, lakin sizin bir gün hər hansı idman yarışlarına qatılmaq fikiriniz yoxdursa, özünüzü çox yormayın. İdman qidaları qəbul edin, lakin bunu daimi deyil, fasilə verərək edin.
(http://idol.az/site/mesqlerden-orqanizmin-istismari/)



view 3164
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Sevgilisinə xəyanət etdi yumruğu yedi.

Şərhlər



İlk şərh edən sen ol