Məşqdən Əvvəl Yorğunluqla Mübarizə

Məşqdən Əvvəl Yorğunluqla Mübarizə


admin
İdmanla məşğul olan hər bir kəs məşqdən öncə yorğunluqla mübarizə aparmağın yollarını həmişə axtarıb.

İlk öncə “məşq üçün çox yorğunam” bəhanələrindən uzaq durmaq lazımdır. Bilin ki, məhz məşqlər sizi enerji, yaxşı yuxu və düzgün hormon ifrazı ilə təmin edir. Sübut olunmuşdur ki, məşq yoğunluğu aradan götürür.

Məşqdən əvvəl yorğunluq hiss edirsiniz isə, aşağıdakı məsləhətlərə qulaq asın.

№1
İşdən sonra birbaşa zala. Evə getməyin, TV qabağında və divanda “yapışıb” qalmaq riski var. Çalışın tonusunuzu itirməyəsiniz.

№2
Məşqi səhər edin. Səhər yorğunluq bəhanəniz olmayacaq və enerjili olacaqsınız. Səhərlər insan gücü pik nöqtəsində olur.

№3
Tərəfdaş tapın. Tərəfdaşın olması sizə kömək deməkdir. Yaxşı tərəfdaş məşqləri buraxmamağa səbəbdir.

№4
Yoqanı sınayın. Deyirlər yoqa yorğunluqla mübarizədə əvəzolunmazdır. Yoqanı günün istənilən saatında edə bilərsiniz.

№5
Hər gün məşq etməyin. Ən optimal – həftədə üç dəfədir. Orqanizmə bərpa olunması üçün vaxt lazımdır. İstirahətin olmaması xroniki yorğunluğa gətirib çıxarda bilər.

№6
İdman paltarlarınızı işdə geyinin. İdman ruhunuzu qaldıracaq və məşqdən yayınmağa imkan verməyəcək. Beyninizə artıq lazımı siqnallar gedəcək.

№7
Yorğun beyin – yorğun bədən deyil. Fiziki və zehni yorğunluq arasında fərqi hiss edin. Ofisdə işləyərək fiziki yorğunluq olmur. Əksinə sizin bədəniniz məşq üçün tam istirahət etmiş olur.

№8
Fərqi hiss edin. Həmişə yadınızda məşqdən əldə edəcəyiniz üstünlükləri saxlayın. Məşq sizin borcunuz yox, üstünlüyünüzdür. Siz məşq etməyənlər üzərində böyük üstünlüyə maliksiniz.

Nəticə
Yorğunluq – məşqi buraxmağa səbəb deyil. Məşq – yorğunluqla ən yaxşı mübarizə metodudur.



view 5856
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Rusiyalı MMA idmançısı ermənini döyə-döyə öldürdü

Şərhlər



İlk şərh edən sen ol