Lazar Angelovun Müsahibəsi

Lazar Angelovun Müsahibəsi


Mahir Zamanlı
Lazar Angelov

Yaş: 32, Boy: 180 sm Çəki: 90 kq




Transformasiya:

Gənc yaşlarımda mən basketbolla məşğul olurdum. Həmin vaxtlar, gündə iki basketbol məşqim və onların arasında bir trenajor məşqlərim olurdu. Düzgün və mütəmadi qidalana bilmirdim çünki o zaman bu haqda kifayət qədər məlumatım yox idi. Bir neçə dəfə huşumu belə itirmişdim çünki çox yorulurdum və normal bərpa oluna bilmirdim.




Bir ektomorf olaraq çox arıq idim və çoxlu aerobika hərəkətləri də edirdim. Ona görə də kifayət qədər əzələ kütləsi toplaya bilmirdim.

Basketbolu buraxandan sonra orduya yollandım. Formadan düşmüşdüm. Həmin anda həyatımı hansı istiqamətdə yönəldəcəyim barəsində qərar verməli idim.




Fitness basketboldan sonra mənim həyatımda ikinci sevdiyim məşğuliyyət olduğu üçün bütün gücümü və diqqətimi bu istiqamətə yönəltməyə qərar verdim. Bu mənim həyatımda dönüş nöqtəsi oldu.



Bu transformasiya zamanı hansı çətinliklərlə üzləşmisən? Ən çətin nə idi?

Mənim maliyyə vəziyyətim yaxşı deyildi. Məqsədlərimə çatmaq üçün iki işdə işləmək məcburiyyətində idim. Səhərlər şəxsi məşqçi kimi gecələr isə mühafizəçi işləyirdim.




Çox çətin idi çünki kifayət qədər dincələ bilmirdim. Ancaq buna dəyərdi. Əgər doğrudan da nəyisə istəyirsənsə heç nə bu işdə sənə mane ola bilməz.



Bütün bu əziyyətləri aşdıqdan sonra hazırda sənin həyatın necədi?

Çoxları elə düşünür ki, arzuladığın bədən formasını əldə etdikdən sonra qalan hər şey çox asan olur. Əslində ən çətin olan bu formanı uzun müddət qoruyub saxlamaqdır. Fromanı qoruyub saxlamaq ən azından onu əldə etmək qədər çətindir. Əgər mən bütün insanlar kimi yaşasam çox qısa vaxtda formadan düşərəm. Çox adam düşünür ki, onlar 100% əllərindən gələni edirlər, lakin əslində bundan çox uzaqdırlar.




Onlar ancaq mənim həyatımda bir günün necə keçdiyini gördükdən sonra başa düşürlər ki, onların ortaya qoyduğu əziyyət lazım olanın heç yarısı da deyil.



Daha da irəli getməyə və inkişaf etməyə sənə motivasiya verən nədir?

Mənim motivasiyam fanatlarım, dəstək olan insanlar və müştərilərimdir hansılara ki mən bədənlərini və hayatlarını transformasiya etməyə kömək etmişəm.

Mənbə : fitbody.az


Sənin növbəti hədəfin nədir?

Məqsədim fitnesi bütün dünyada daha da inkişaf etdirməkdir. Mən əlimdən gələni edəcəm ki, fitnes model bədən quruluşu dünyada bütün kişilər üçün bir standart olsun.




Hazırki məşq fəlsəfən nədir?

Mən həmişə ağır çəkilərlə işləməyi xoşlamışam. Hal-hazırda da ağır qaldırıram. Əgər təbii olaraq ektomorf bədən quruluşuna sahibsinizsə o halda ağır çəkilərlə işləməlisiniz.

Mən həftənin günlərinə fikir vermirəm, nə zaman hiss edirəm ki, dincəlmək istəyirəm o vaxt istirahət edirəm. Etdiyim məşq hərəkətlərinin çoxu hər zaman fərqlidi. Yalnız squat, bench press və deadlift (stanovaya tyaqa) hər zaman məşq proqramımda olur. Lakin hətta bu hərəkətləri də hər zaman fərqli etməyə çalışıram.



view 3740
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Təbii Steroidlər - (1-ci Hissə)

Şərhlər



İlk şərh edən sen ol