İdman üçün ən effektli saat

İdman üçün ən effektli saat


admin
Deyək ki idmana ayırabiləcəyiniz 1 saatınız var. Yaxşı, ən yaxşı nəticəni ala bilmək üçün günün hansı saatında idman etməlisiniz?

New York Times yayımlanan son araşdırmalar səhər erkən saatlarda yemək yemədən idman etmənin kilo itkisini sürətləndirdiyini və enerji səviyyənizi yuxarı çıxardığını göstərir. Aç qarınına edilən məşqlər, bədəninizi gün boyu daha çox yağ yandırmağa da hazırlayır.

Edilən araşdırmada, üç qrupa ayrılan iştirakçıların hamısı normalda yediklərindən %50 daha çox yağ və 30% daha çox kalori istehlak etməyə başlamışlar. İlk qrup 6 həftə boyunca hardasa heç idman etməmiş. İkinci qrup hər gün səhər yeməyindən sonra idman etmiş. Üçüncü qrup da hər gün ikinci qrupla eyni məşqləri, səhər erkən aç qarınına etmiş.

6 həftə sonra idman etməyən ilk qrupdakı iştirakçılar təxminən üç kilo almış. Səhər yeməyi sonrası idman edən ikinci qrupdakılar də kilo almış, amma sadcə 1,5 kilo, yəni birinci qrupun yalnız yarısı qədər. Səhər yeməyindənə vvəli idman edən birinci qrupdakılar isə heç kilo almamışlar!



Erkən oyanan kilo verir!

Səhər erkən, səhər yeməyin yemədən edilən məşqin təsirli olmasının səbəbi bədənin yağ qatından enerji xərcləməsi ola bilər.

Başqa bir araşdırmada iki qrupa ayrılan iştirakçılar 400 kalori yandırana qədər qaçmışlar. İlk qrup aç qarınına qaçmış. İkinci qrup isə qaçmadan bir saat əvvəl 400 kalorilik yulaf əzməsi ilə səhər yeməyi yemiş. Sonrasında edilən ölçümlərdə ac qarınına qaçanların həm qaçarkən həm də sonrasında daha sıx yağ yandırdıqları görülmüş.

Bu nəticələr aç qarınına səhər erkən edilən idmanın, həm idman əsnasında həm də sonrasında daha çox yağ yandırmanızı təmin etdiyini göstərir.



Günışığı alın, kilo verin!



Səhər erkən idman etmənin kilo itkisi üçün başqa bir əhəmiyyətli faydası da gün işığı.
Əslində insan bədəninin təbii ritmi təbiət ilə uyğun gəlir. Hava qaralınca yatmaq, aydınlanınca oyanmaq istər. Bu ritmə uyduğunuzda maddələr mübadiləniz nizama girər.

Yaxınlarda edilən bir araşdırma, oyandıqdan sonra iki saat içində işığı alan şəxslərin almayanlara görə, gün içində nə yedikləri fərq etmədən daha incə olduqlarını göstərir.



view 4821
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Türkiyə Bodybuilding çempionu davada öldü

Şərhlər



İlk şərh edən sen ol