Hannibal For King: Məşq Proqramı

Hannibal For King: Məşq Proqramı


admin
Hannibal For King – Qərbdə “street workout” (küçə məşqləri) hərəkatının banilərindən biridir. O, dostları ilə əlavə avadanlıq və trenajor zala getmədən, ictimai idman meydançalarında öz bədədnlərini inkişaf etdirməyə qərar vermişdir.

Bu insan bir çoxlarını idmanla məşğul olmağa ruhlandırsa da, özü heç bir zaman profesional idmançı olmayıb. Hannibal bütün əldə etdiyi uğurları baza məşqlərinə aid edir. Baza məşqlərinin verdiyi güc və dözümlülüyü yetərli hesab edir.

Sizin məşqiniz 45 dəqiqəyə sığmalıdır. Bu o deməkdir ki, yanaşmalar arası fasilə minimuma enməldir. 45 dəqiqə ərzində siz etməlisiniz:

— 275 jim;
— 70 turnikdə dartınma;
— 165 bruslarda jim;
— 70 tərs tutuşla turnikdə dartınma.

Məşqlər:

1) Jim — 30/29/28/27/26/25/24/23/22/21/20
2) Turnikdə dartınma — 10/9/8/7/6/5/5/5/5/5/5
3) Bruslarda jim — 20/19/18/17/16/15/14/13/12/11/10
4) Tərs tutuşla dartınma — 10/9/8/7/6/5/5/5/5/5/5


Hannibal For King öz müsahibələrində dəfələrlə qeyd edib ki, dövriyəli məşqləri sevir. Yəni hər bir məşqdən ardıcıl bir yanaşma edir və yenidən birici məşqə qayıdır. Əgər hiss edir ki, yanaşmanı tam edə bilməyəcək, kiçik fasilə edir. Hər şey çox sadə və effektlidir.

Məşq zamanı əsas güc triseps, biseps və sinə əzələlərinə düşür, əlavə güc deltalara, çiyin və presə gedir. Evdə turnik varsa evdə də məşq etmək olar, brus əvəzi oturacaqlardan (stul) istifadə edə bilərsiniz. Həftədə neçə dəfə məşq etməliyik sualını versəniz. Bilin ki, Hannibal daimi olaraq hər gün məşq edir. Lakin sizlər “bir gündən bir” sistemi ilə də məşq edə bilərsiniz. Ən azından başlanğıc üçün.











view 4352
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Azərbaycanda 13 yaşlı yeniyetməni döyərək öldürdülər

Şərhlər



İlk şərh edən sen ol