Əzələ Çəkisinin Artırılmasının 10 Effektiv Metodu

Əzələ Çəkisinin Artırılmasının 10 Effektiv Metodu


admin
Kimiləri smartfonlarla, kimiləri internet-trafikləri ilə fərəhləndiyi halda, kimiləri isə də əzələ çəkiləri ilə fərəhlənirlər. Əgər siz sonunculara aidsiniz isə, onda aşağıda sözü gedən əzələ artımının 10 metodundan istifadə edə bilərsiz.

Mütərəqqi yüklənmə.
İnsan bədəni ağır çəkilərə zamanla öyrəşdiyinə görə, məşq çəkilərini vaxtaşırı artırmaq lazımdır. Bunun üçün ən yaxşısı ağır çəkili alətlərlə məşqlərdir. Çəkinin az-az artırılma gərəkliyini unutmayın. Çəkini artırmaq istəməsəniz məşqlərivizin təkrarlarını artıra bilərsiz. Lakin gözəgəlimli əzələlərə malik olmaq istəyirsinizsə mütləq çəkiləri artırmalısız.

8-12 dəfə təkrarlama.
Əzələləri artırmaq üçün məşqləri 8-12 dəfə təkrarlamaq mütləqdir. Əgər 3-6 dəfə təkrarlamanı yerinə yetirsəz, yalnız əzələ gücü artacaq, əzələ həcmi isə dəyişilməz qalacaq. 15-20 dəfə təkralmanı yerinə yetirsəniz isə heç bir mənası olmayacaq. Beləki, siz əzələ işini aktivləşdirmiş olacaqsınız, artıq güc sizə ziyan ola bilər. Əsas məsələlərdən biri də, özünüzə uyğun orta çəkinin müəyyən edilməsidir.

Bir əzələ qrupununa 7-9 təkrarlama.
Əzələ həcminin artırılması üçün hər bir əzələ qrupuna məşqləri 45 dəqiqə davam etdirmək lazımdır. Bu zaman kəsiyi hər bir əzələ qrupuna olan məşqələrin 7-9 təkrarlanmasına yetərli olur.

Əzələ artımı üçün çoxlu yemək lazımdır.
Siz məşq etdikcə əzələ lifləri dağılır və onların yerinə yeniləri bərpa olunur. Balanslaşdırılmış qidalanma əzələ artımında mütləqdir.

Zülallar və yenə də zülallar.
Əzələ artımını özünə məqsəd qoyanlar bilməlidir ki, “əzələ=zülal”. Başlayanların çoxu bu sadə düsturdan xəbərləri olmayıb, zülal tərkibli qidalardan az istifadə edirlər və qazandıqları nəticədən şikayətçi olurlar.

Əzələlərinizə lazımi gündəlik zülal miqdarını öyrənmək istəyirsinizsə, öz çəkinizi funta çevirərək öyrənə bilərsiniz (1 funt= 454 qram). Gündəlik zülal ehtiyatlarını xüsusi süni protein tozları ilə artırmaq istəməyən kişilər üçün təbii məhsulları təqdim edirik: toyuq əti, can əti, bütün pendirlər, yumurta, dəniz məhsulları və balıq, qoz, müxtəlif tumlar.

Yağları unutma.
Təbii yağların qəbulundan sonra orqanizmdə anabolik hormonların sayı artmağa başlayır ki, bu da öz növbəsində əzələ artımı üçün mütləq hormondur. Bu hormonlara testosteron, somatotrop hormonları (artma hormonu) aiddir. Bir çox bodibilderlər anabolik steroidlərdən istifadə edirlər, lakin bu məsləhətli bir vasitə deyildir.

Çoxlu su için.
Nə qədər su qəbul etməyimizdən bizim güc və enerjimiz asılıdır. Gün ərzində ən azı 12 dolu fincan su içməyiniz mütləqdir. Qış aylarında suyun miqdarı azalsa da, yay aylarında qəbul etdiyiniz suyun miqdarını artırmalısınız. Protein kokteyllərinə də üstünlük verin.

Kardioməşqləri azaldın.
Əgər tez-tez ürək-damar sistemini məşq edirsiniz isə əzələ həcminin artmamasına təəcüblənməyin. Kardioməşqləri yalnız piyləri əridib, xolesterindən azad olmaq istəyənlər yerinə yetirir. Hətta bu məşqlər ancaq əsas məşqlərdən sonra maksimum 20 dəqiqə davam etməlidir. Bu məşqlərin sayını artırmaqla katabolik hormonların yaranmasına səbəb olacaqsınız ki, bu hormon əzələ liflərini dağıdır.

Lazımi qədər yuxunuzu alın.
Əzələ həcminin artırmaq üçün istirahətdən əlavə lazımi yuxu qəbulu da vacibdir. Beləki, yalnız dərin yuxuda olarkən güclü artma hormonu yaranır, maddələr mübadiləsi azalır və əzələ artımı sürətlənir, əzələlərə qan axını güclənir.

Stressdən uzaq olun.
Stress zamanı orqanizmdə katabolik mühit yaranır. Bu mühit kortizol hormonunun yaranmasına səbəb olur ki, orqanizmə enerji sərfində maneə törədir. Sakit insanlar danışan, cəld insanlardan daha çox əzələ həcminə sahib ola bilirlər.



view 36545
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Amerikanın 1 nömrəli döyüşçüsü həbsxanada məhkumlarla döyüşdü!

Şərhlər



İlk şərh edən sen ol