Əzələ Ağrılarına Qalib Gəlin

Əzələ Ağrılarına Qalib Gəlin


admin
Sirr deyil ki, hər bir məşqdən sonra bir çox insanlarda əzələ ağrıları yaranır ki, bu da onların gündəlik həyatında diskomforta səbəb olur.

Bəzən professional olmayan məşqlər belə dartınmalara və bu kimi məşq nəticələrinə gətirib çıxardır ki, insanın bədəni və əzələlərində ağrılar olur. Lakin bu ağrılardan azad olmağın yolları da var.


Profilaktika
Bir çox kişilər əzələ ağrılarından qaçmaq üçün daha az çəkilər ilə trenajor zallarında məşq edirlər. Bu çəkilər daha təhlükəsiz olsa da, istənilən nəticəni əldə etmək üçün iki dəfə artıq vaxt sərf olunur.

Bəziləri isə əzələlərinin dözümlüyünü artırmaq üçün daha ağır çəkilərə vaxtaşırı keçirlər. Lakin burda olduqca ehtiyatlı olmaq lazımdır. Əks halda bütün əziyyətiniz puç ola bilər.





Üzgüçülük

Üzgüçülük oynaqlara düşən ağırllığı azaldır. Beləki, suda insan bədənin çəkisi azalır. Alimlərin fikirlərinə görə üzgüçülük ən çox dirsək oynaqlarına xeyirdir. Müasir dövrdə su aerobikası var, adi basseyn gəzintisi də sizə ağrılardan azad olmağa kömək olacaq.



Velosiped

Velotrenajorda məşqlərdən sonra əksər hallarda diz və əzələ ağrıları yaranır. Bunun olmaması üçün siz aşağıdakılara riayət etməlisiniz:

1. Pedalları tez və sərbəst işlətmək lazımdır, bir çoxları ağır və aşağı templə məşğul olur ki, bu səhvdir;
2. Oturacağın düzgün hündürlükdə olmasına diqqət edin, əks halda diz artritindən qaça bilməyəcəksiz. Daha əmin olmaq üçün velotrenajorun yerdə uzanaraq məşq edilən modelindən istifadə edin.



Ağır atletika
Trenajorda məşqçinin nəzarəti altında məşq etmək lazımdır. Əks halda bir balaca səhv və siz dartınma, əzələ və bədən ağrılarından qaça bilməyəcəksiz.



Gəzmək
Gəzmək oynaq ağrılarından azad olmağın bir üsuludur. Gəzmək ayaq əzələlərini bərkidir və oynaq zədələrindən profilaktika edir. Gündə ən azı yarımsaat təmiz havada gəzmək lazımdır.



Qaçmaq
Qaçmaq qan dövranını yaxşılaşdırır, sitokinin yaranmasını stimullaşdırır. Sitokin təbii zülal molekuludur ki, oynaqların profilaktikasına kömək olur. Lakin qaçışa başlamamazdan əvvəl qaçış üçün olan krossovkaları əldə edin, əks halda “qaş düzəldən yerdə vurub gözünü çıxarda” bilərsiz.





view 3972
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Ölümcül nöqtələr !!!

Şərhlər



İlk şərh edən sen ol