Dəfələrlə Dünya və Avropa Çempionu Tural Cavadov Almaniyada Dünya İkincisi Oldu.

Dəfələrlə Dünya və Avropa Çempionu Tural Cavadov Almaniyada Dünya İkincisi Oldu.


Tural Cavadov
Sentyabrın 1-dən 4-nə kimi Almaniyanın Bad Kissingen şəhərində "Döyüş növlərinin dünya çempionatı" adlı yarış keçirilirdi. Bu yarışda iştirak etmək üçün bütün gücümü səfərbər etdim. Demək olar ki, yay fəslində heç istirahət etmədim. Mən bu yarışda kikboksinq versiyasında vuruşub, ölkəmizi 90 kq çəkidə təmsil etdim. İlk rəqibim almaniyalı idmançı idi. Nədənsə o, döyüş başlamamış rinqdən imtina etdi. Yəqin ki, o mənim etdiyim məşqləri müşahidə etmişdi deyə bu rinqdən imtina etdi. Çox güman ki, səbəb budur. İkinci rəqibim Qana idmançısı idi, onun üzərində elə ilk döyüşdə qələbə qazandım. 3-cü dəfə isə iranlı idmançıya uduzdum.

Mən yarış qabağı ciddi zədə aldım,dişimnən əmliyyat oldum buna görə də 10 gün məşqi buraxdım,bir balaca geri düşdüm. Uduzmağımın da səbəbini yalnız bunda görürəm. Çünki mən oraya sırf qalibiyyət üçün getmişdim. Ancaq ikinci yerə çıxdım, ölkəmizə əliboş qayıtmadım.Mənə bu yarışda dəstək olan "JUMEİRAH HOTEL"-in rəhbırliyinə öz minnətdarlığımı bildirirəm.İnşallah bundan sonrada yaxşı nəaliyyətlər əldə edərəm.Qeyd etmək istəyirəmki,biz bu yarışa 5 idmançı ilə qatılmışdıq. Rafət Əsədov 1 yer,Samir Salmanov 1 yer,Vüqar İmanov 3 yer,Nihad Qasımov 1 yerə layiq görülmüşdü. Mən Neftçi İdman Klubunun idçançısıyam.Burdan Neftçi İdman Klubunun icarçı direktoru Sadıq Sadıqova öz minnətdarlığımı bildirirəm.Biz idmançılara həmişə dəstək olub.













view 2524
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Ronaldo: 10 il daha oynayacağam

Şərhlər



İlk şərh edən sen ol