Braziliya futbolçularının olduğu təyyarə qəzaya uğrayıb - FOTO

Braziliya futbolçularının olduğu təyyarə qəzaya uğrayıb - FOTO


admin
Göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri daxil olmaqla 72 sərnişin olan təyyarənin Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğramasından 13 nəfər sağ qalıb.

Sərnişinlərdən başqa təyyarədə doqquz heyət üzvü olub.





La-Sexa şəhərinin meri Elkin Ospin “France-Press” agentliyinə təyyarənin Medelyin yaxınlığında yanacaq çatışmazlığından qəzaya uğradığını bildirib.









Medelyinin təhlükəsizlik məsələləri üztə katibi, təyyarənin iki hissəyə yarıldığını əlavə edib. Yanğınsöndürənlər pilotun bütün yanacağı işlətməsəydi, təyyarənin partlaya biləcəyini deyiblər.

Latın Amerika KİV-i bildirib ki, qəzaya uğrayan təyyarəni dəfələrlə Argentinanın futbol üzrə yığması da istifadə edib.

Xilasedicilərin məlumatına görə, təyyarədə olanlardan ən azı 13 nəfər xilas olub.

La-Sexa şəhərinin hakimiyyəti 27 ölən və doqquz sağ qalan haqqında məlumat yayıb.

Zərərçəkənlər arasında – stüardessa Himena Suares və müdafiəçi Alan Ruşel və qolkiperlər Markos Danilo və Cekson Folman daxil olmaqla “Şapekoense” futbol klubunun üzvləri var.

Onların hamısı xəstəxanaya çatdırılıb.







osial şəbəkələrdə reysin sərnişinlərinin siyahısı da dərc edilib. Təyyarənin göyərtəsində “Şapekoense” futbol klubunun üzvləri, klubun idarə heyətinin üzvləri, məşqçi qərargahının nümayəndələri və komandanın texniki personalının üzvləri, jurnalistlər və qonaqlar olub.











view 1140
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : NƏALLİYƏT HAQQINDA YOX, BAYRAQ QALDIRMAQ UĞURUNDA ÇALIŞACIYIQ!!! İBAD HÜSEYİNLİ ADINA ÇANAKKALE KİKBOKSİNQ KLUBUNUN DREKTORU DÜNYA VƏ AVROPA ÇEMPİONU TURAL CAVADOV

Şərhlər



İlk şərh edən sen ol