Boyun Uzadılması Üçün Məşqlər

Boyun Uzadılması Üçün Məşqlər


admin
İnsan boyunu riskli preparat və əməliyyat olmadan uzada bilər. Ev şəraitində çətin olmayan məşqlər sizə məqsədinizə çatmağa kömək olacaq.

İlk olaraq siz qarşınıza məqsəd qoymalısınız. Bu məqsədə hansı vaxt ərzində çatmaq istədiyinizi bilməlisiniz. Müəyyən məqsəd olmasa məşq etməyin mənası yoxdur. Nəticəni görmək üçün məqsədin olması şərtdir. Boyunuzun tez artması üçün həmçinin məşq planını, təkrar və yanaşmaların dəqiq sayını yazmağınız və ona uyğun məşq etməyiniz vacibdir. Məşqdən öncə mütləq isinmə hərəkətlərini edin və ən vacibi boyunuzun dəqiq uzunluğunu qeyd edin.

Hündürlüyə tullanma.

Boyunuzun artması üçün hər gün müəyyən hündürlüyə tullanmağınız və bu hündürlüyü daimi çoxalması vacibdir. Bu sizə ən hündür nöqtələrə əlinizin çatmasını təmin edəcək, onurğanız dartınacaq və zamanla boyunuzun 5-15 sm artmasına gətirib çıxardacaq (basketbol və voleybolçulara nəzər yetirin).



Qaçış və tez-tez yerimə.

İnsan boyunun uzadılması üçün onun ayaq əzələlərinin dartınması lazımdır. Adətən insanların ayaqlarında əyriliklər olur, onları düzəldərək boyunuzu artıra bilərsiniz. Bunun üçün qaçış və tez-tez yerimək idman növü ilə məşğul olmaq lazımdır.



Üzgüçülük.

Həmçinin boyunuzun artmasına sizə həftədə 2-4 dəfə üzmək kömək ola bilər. Yaxşı olar ki, həm kürək və həm də sinə üzərində üzəsiniz. Bu vaxt həm onurğa və həm də bədəniniz dartınmış olacaq.



Gimnastika.

Boya nəzarət və artırılmasına diqqət yetirmək üçün gimnastika ilə məşğul olmaq lazımdır. Gimnastika insan boyuna təsir edən sümük və əzələləri dartır, onları düzəldir və nəticədə boyunuz artmış olur.



Yoqa.

Həmçinin ev şəraitində boyunuzu artırmaq istəyirsiniz isə yoqa ilə məşğul olmalısınız. Yoqa vasitəsi ilə bədəninizi idarə etmiş olacaqsınız və boyunuzun artmasına maneə olan hər bir şeydən azad olacaqsınız.



Qamətinizi saxlayın.

Boyunuz artsın deyə çalışın qamətinizi həmişə düz saxlayasınız. Yadda saxlayın ki, əyri onurğa sütunu boyunuzu 7 və çox sm qədər azalda bilir.



Öz bədəniniz və onurğanızı düzəldin.

Güzgüyə baxın. Əgər bədəniniz və ya onurğanız əyridirsə, korreksiya edin və düzəldin. Belə siz ev şəraitində daha tez boyunuzu uzada bilərsiniz.



Ev şəraitində boyunuzun artması üçün məşqlər yetərli deyil. Həmçinin sağlam həyat tərzi vacib amildir. Siz düzgün qidalanmalısınız. Ziyanlı adətlərinizdən uzaq durmalı, alkoqol, siqaretdən tamamilə imtina etməlisiniz, idman onları sevmir. Sink və vitamin D boyun artması üçün ən vacib komponentlərdəndir. Bu vitaminləri körpəlikdən alınması şərtdir. Zülallı qidalanma, lazımi mikroelementlər qida rasionunuzun tərkib hissəsi olmalıdır. Təmiz su için. Yeməkdən öncə və sonra oturmayın, 20-30 dəqiqə təmiz havada gəzin. Əsasən də yatmazdan əvvəl və yuxudan durduqdan sonra.



view 7041
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Proteinin cinsi gücə təsiri

Şərhlər



İlk şərh edən sen ol