Bisepsi Necə Böyütmək Olar?

Bisepsi Necə Böyütmək Olar?


admin
Böyük bisepslər – bu əksər kişilərin ən çox arzuladığıdır. Kişilər daha çox əzələ kütləsini artırmaq istəyirlər.

Bir çoxları üçün biseps məşqləri № 1 halına gəlir, bunun üçün də bitməyən effektiv biseps məşq axtarışlarını davam etdirirlər.

Bisepsin anatomiyası

Məşqdən və proqramdan öncə yaxşı olar ki, əzələ strukturu ilə tanış olasınız. Bu biliklər məşq hərəkətlərini düzgün seçməyə və yerinə yetirməyə kömək olur.

Biseps üç əsas əzələdən ibarətdir – ikibaşlı bazu əzələsi, bazu (brachioradialis) əzələsi və çiyin əzələsi.

İkibaşlı bazu əzələsi – qısa başı kürək sümüyünün dimdiyəbənzər çıxıntısından, uzun başı isə oynaqüstü qabarından başlayır.

Bazu (brachioradialis) əzələsi— ən balaca olandır. Bu əzələnin hərəkəti qolu qabağa və yanlara dartır. Bu əzələ bisepsdən başqa bir çox əzələ hərəkətlərində çıxış edir.

Çiyin əzələsi — dirsək oynağından keçən əzələdir. Çiyin sümüyündən başlayır və dirsək sümüyü boyu uzanır. Funksiyası – dirsəyin qatlanmasıdır.

Bisepsi qantel və ştanqa ilə inkişaf etdirmək

Bisepsləri qantel və ştanqa ilə inkişaf etdirmək – ən mükəmməl gərardır, bu avadanlıqlar bisepslərə ən güclü təsir göstərirlər. Sadəcə burada texnikaya diqqət yetirmək lazımdır ki, zədələr istisna edilsin.

Ştanqanın ayaqüstə bisepsə qaldırılması

Əgər siz bisepslərinizi böyütmək istəyirsiniz isə adi ştanqanın bisepsə qaldırılması əla məşqdir. Çəkidən asılı olmayaraq, qollarınızı qatladığınız zaman bədən yalnız biseps və az dərəcədə çiyinaltı əzələlərini işə salacaq.

Məşq zamanı gövdəniz tərpənməməli, əks halda effektivlik aşağı düşəcək. Sabit qalmaq mütləq şərtdir. Biləyinizi əyin və sabit saxlayın, qollarınızı bacardığınız qədər açın, dirsəklərinizi yanlara sıxın. Çəkini çənə səviyyəsinə qaldırın, gərginliyi saxlayaraq tələsmədən ilkin vəziyyətə qayıdın. Ştanqanı ayaqlarınız ilə toqquşdurmadan ikinci təkrara keçin.

Qantellərin ardıcıl qaldırılması



Bu məşq ştanqanın bisepsə qaldırılması ilə çəkic hərəkəti arasında yerinə yetirilir. Bu çox sadə hərəkət olsa da, olduqca effektivdir. Bu məşq zamanı da gövdənizi sabit saxlamalı və dirsəkləriniz bədəninizə birləşdirməlisiniz.

Çəkic hərəkəti

Burada əsasən biseps işləsə də, bəzi çiyinaltı əzələ qrupları da işə salınır.

İlkin vəziyyət: düz durun və qollarınızı aşağı uzadın. Dirsəklərinizi bədəninizə birləşdirin və qanteli biləyinizi döndərmədən qaldırın, çalışın qantelin bir başı çiyninizə toxunsun. Tələsmədən və gərginliyi itirmədən ilkin vəziyyətə qayıdın.

Əyilərək ştanqanı dartmaq



Bisepsi necə böyütmək? Digər əzələlərdə olduğu kimi müqavimət əzələ artımını stimullaşdırır. Böyük çəki isə müqavimət deməkdir. Əyilərək ştanqanı dartmaq hərəkəti ağırlığı iki dəfə artırmağa imkan verir.

Ştanqanı çiyin enində tərs tutuşla götürün. Belinizi demək olar ki, yer ilə paralel olana qədər əyin. Belinizi düz saxlayın, məşq zamanı onurğanıza yük salmayın. Dirsəklərinizi bədəninizə yaxın tutaraq, ştanqanı qarnınıza dəyənə qədər dartın. İlkin vəziyyətə qayıdarkən qollarınızı tam açmayın və təkrarı yerinə yetirin.

Dartınma

Bütün dartınmalar deyil, yalnız dar tutuşlu dartınmalar. Öz çəkinizin (misal üçün 70 kq) qaldırılması biseps və kürək üçün heç də az ağırlıq deyil.

Əlləriniz arasında 15 sm ara olmalıdır, çənəniz dəmirin üstünə çıxana qədər dartının və gərginliyi itirmədən geri qayıdın.

Bütün bu məşqlər bisepslərin böyüməsi üçün nəzərdə tutulsa da, bunlar ümumi məşq proqramına daxil olmalıdır. Əgər əzələ kütlənizi artıqmaq istəyirsiniz isə, yalnız bisepsə işləmək səhv addımdır. İstisna olaraq, biseps əzələlərinizin geri qalmasını qeyd etmək olar.(idol.az - http://idol.az/site/bisepsi-nece-boyutmek-olar/)



view 5789
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Tamamilə təsadüfi seçdiyi 25 fərqli qadına yumruq vurduqdan sonra həbs olundu!

Şərhlər



Guest4962 - 6 ay öncə
men meş edəndə əzələlər böyüyür. bir necə saatdan yoxa cixir. nə məsləhət görərsiz?