Azərbaycanlı MMA döyüşçü ermənini məğlub edərək dünya çempionu olub – FOTO

Azərbaycanlı MMA döyüşçü ermənini məğlub edərək dünya çempionu olub – FOTO


admin
Ukraynanın Xarkov şəhərində MMA üzrə dünya çempionatında Azərbaycan idmançısı Şahin Ramazanov qızıl medal qazanıb.

70 kq çəki dərəcəsində yer alan Ş.Ramazanov 3 görüş keçirməli olub.

O, ilk qarşılaşmasında Rusiyada yaşayan ermənini 30 saniyəyə məğlub edib. Bundan sonra Ukrayna döyüşçüsünü də üstələyən Ş.Ramazanov finalda liviyalı ilə qarşılaşmalı olub. Lakin həmin rəqib döyüşə çıxmaqdan imtina edib.

Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub. Ona diplom və qızıl medal təqdim edilib.
Xatırladaq ki, dünya çempionatında 16 ölkə iştirak edib.















view 1829
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : 'Div' Gabi Garcia bir sonrakı matçında bir kişiylə döyüşmək istəyir!

Şərhlər



İlk şərh edən sen ol